Təyəmmüm niyyəti necə olmalıdır?

    23.12.2013
Sual: 
Salam aleykum. Teyemmum uchun niyyet nece olmalidir? Qusul ve ya destemaz evezinden olunan teyemmum niyyetleri ayri-ayrdir? Burda zehmeti olanlara chox teshekkur edirem.
Cavab: 

Aleykum salam. Niyyət, məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: "Əməllər ancaq niyyətə görədir. Hər bir insan niyyət etdiyini əldə edir...".
Ona görə də niyyət təkcə namaz, dəstəmaz, qüsl kimi ibadətlərə aid deyil, eləcə də bütün əməllərə aiddir. Elə bir əməl yoxdur ki, həmin əməli etməkdə insanın niyyəti olmasın. Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) heç bir ibadətdə niyyətini dil ilə tələffüz edərək söyləməmişdir. Niyyəti dilə gətirmək Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) sonra dinə gətirilən yenilikdir. Buna dində bidət deyilir. Hədisdə deyilir: "Hər bir bidət zəlalət, hər bir zəlalət isə Cəhənnəm odundadır".
Digər bir hədisdə isə Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) belə demişdir: "Kim bizim bu dinimizə onda olmayan bir şeyi icad edərsə, o qəbul olunmayacaq".

Paylaş: