Dəstəmazı yarımçıq qoyub bir müddət sonra qayıtdıqda qaldığın yerdən davam etmək olarmı?

    10.05.2024
Kimdən: 
Vətəndaş
Sual: 
Salam. Destamaz alarkən yarımçıq qoyub təzədən gəlib davam etmək olarmı qaldığın yerdən. Məsələn düşündüm ki, destamazı sehv aldım ve yarım qoyub getdim ki, oyrenim görüm düzmü edirem. Ve gördüm ki, düz edirem. Daha sonra qayıdıb qaldığım yerdən davam edə bilərəm mi?
Cavab: 

Və aleykum Salam. Dəstəmazın düzgün sayılması üçün əzaların yuyulması arasında uzun fasilə verilməməlidir. Belə ki, əzaların yuyulması arasındakı fasilə elə olmalıdır ki, növbəti əzanı yuyana qədər əvvəlki əza qurumasın. Əgər insan dəstəmazı yarmçıq qoyub uzun müddət sonra qayıdarsa yenidən dəstəmaz almalıdır. Əgər son yuyulan əza qurumayacaq qədər qısa müddətdən sonra qayıdarsa dəstəmazı davam edə bilər. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: