Təkcə Quranla getmək nə dərəcədə dogrudur?
Və aleykum Salam. Hədisi inkar edənlərə bir ad vermək olar, o da "hədis inkarçıları". Hədislər olmadan İslam dininə əməl etmək mümkün deyil. Quranda ən çox əmr olunan ibadət namaz qılmaqdır. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45). Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59). "(Qiaymət günü) günahkarlar barəsində (belə deyiləcək). Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik...". (əl-Muddəssir, 41-43). Bu mənada ayələr çoxdur. "Namaz" sözü "salət" deməkdir. Quranda buyurulan elə bir ibadət yoxdur ki, hədis olmadan onu yerinə yetirmək mümkün olsun. Hədislərin İslamda rolu barədə ətrafrlı oxuyun: