Namaza yeni başlayan insan təşəhhüdə tam otura bilmirsə buna görə günah qazanırmı?

    21.05.2024
Kimdən: 
**
Sual: 
Əssalamu Aleykum.Axırki menim ərim namaz qilmağa başladi.Bu ramazan ayinin orucunuda tutdu axira kimi indidə Şevval ayinin 6 gununu tutur Allah ona hidayət nəsib elədi namaz qilmaga iman bexs etdi Əlhəmdulilləh.lakin teze namaz qilir tam bilmir qilmagi təşəhude oturanda tam otura bilmir buna gore ona gunah yazilirmi ? Birde menim ərim tekce ferzleri qilir 5 vaxt onlari qilmagi oyrenir .Sunnetleri elemese ona gunah yazilirmi. Men biraz qorxuram ki o namazda tam otura bilmir deye namazi qebul olmaz ona rahat formada otursa olarmi? Birde ər arvad birlikde namaz qilanda ər imam olursa bes qadin namazda neleri demelidi? Yeni neleri sesli oxumaliyam ?namazda sehven unadaraq qilir arada.
Cavab: 

Va aleykum Salam. Uca Allahdan həm sizə, həm də ərinizə dində sabitlik diləyirik! Allaha həmd olsun!

Namaza yeni başlayan insanın namazda müəyyən əməlləri səhvən düzgün yerinə yetirə bilməməsi günah sayılmır. Həmçinin sünnət namazları qılmamaq günah deyil. İmama tabe olan insan səssiz namazlarda namazın bütün sözlərini deməlidir. Sübh, Məğrib və İşa kimi səsli namazlarda isə imamın birinci və ikinci rükətlərdə səslə oxuduğu əl-Fatihə surəsini və bu surədən sonra oxuduğu surəni demir. Yerdə qalan bütün sözləri deməlidir. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: