Uzun müddət bir oğlanla yazışan qız tövbə edərsə oğlandan halallıq almalıdırmı?
Sual:
Salam Aleykum. Men sosial media uzerinde bir oglanla tanis olmusam. Bir muddetdir yazisiriq lakin islam exlaqina ziddir deye elaqeni kesmek istwyirem. 1) Oglandan halalliq almaliyam? Cunku bir defe ona deyende mene dedi ki, ancaq evlensek haqqini halal eder. 2) ileride kimlese nisanlansam ona bunu xeber etmeliyem? Yoxsa gizletsem olar? Cunku oglanla ancaq yazismisam. basqa hecne. Sualmi cavablandirsaniz mene komeyiniz toxunar. Allah da size komek olsun hemise.
Cavab:
Və aleykum Salam.
1) Əvvəla bunu qeyd edək ki, naməhrəm oğlanla yazışmaq haramdır, bu əmələ dərhal son qoymaq və buna görə tövbə etmək lazımdır. Bu əməl şeytanın hiyləsidir və insanı tədricən zinaya aparan yollardan biridir. Oğlandan buna görə halallıq almağa ehtiyac yoxdur. Həmçinin oxuyun:
Qızla oğlanın internetdə yazışması günahdırmı?
2) Gələcək illərdə nişanlandıqda bu barədə nişanlınıza xəbər verməyə ehtiyac yoxdur. Səmimi qəlbdən tövbə edib bu əmələ qayıtmasaz bu əməli etməmiş kimi olacaqsınız. Çünki bir günahdan tövbə edən onu etməmiş kimidir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Bir günahdan tövbə edən şəxs, bu günahı etməmiş kimidir" (İbn Məcə, 4250). Həmçinin oxuyun: