Məşqdə olduğum üçün Məğrib namazını qəza edə bilərəmmi?
Sual:
Salam aleykum.Menim size bir sualım var.Men 1-3-5 günler saat 8-10 kimi meşqde oluram,ve oradada namaz qılmağa şerait yoxdur.Men meşqden gelib işa namazın qıldıqdan sonra meğrib namazının qezasın qılsam günah qazanırammı???
Cavab:
Və aleykum Salam. Müsəlmanın həyatında namazları vaxtında qılmaq ən önəmli məsələ olmalıdır. Uca Allah bizə namazları vaxtında qılmağı əmr edərək buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238). Məşqə görə Məğrib namazını qəzaya vermək böyük günahdır və bu namazı qəzaya vermək üçün üzrlü hal hesab olunmur. Odur ki, məşq zalında və ya yaxın bir yerdə Məğrib namazını qılmasınız. Ətraflı oxuyun: