Yusuf surəsinin transkripsiyasını yaza bilərsinzmi?

    18.06.2024
Kimdən: 
Qismət
Sual: 
Salam öncelikle bele gözel sayt hazırladığınız üçün size ve emeyi keçen her bir kese teşekkür edirem, allah razı olsun. Sualım odur ki Qur'ani kerimde olan surelerin erebce oxunuşunu(Azerbaycan herfleri ile) axtarırdım sizin saytda var esasen de yusif suresi ama tam olaraq yoxdur. Tam sureni nece elde ede bilerem?
Cavab: 

Və aleykum Salam. Təəssüf ki, biz bunu edə bilməyəcəyik, çünki ayələrin azərbaycan hərfləri ilə transkripsiyası ayələrin ərəb dilində səslənməsinə uyğun gəlmir. Belə ki, ərəb hərflərinin bir çoxunun azərbaycan əlifbasında qarşılığı yoxdur. Ayələr düzgün tələffüz olunmadıqda isə, ayənin mənası dəyişə bilər. Sizə məsləhətimiz odur ki, ərəb əlifbasını öyrənəsiniz və Quranı ərəb dilində oxuyasınız. Həmçinin oxuyun:

Quran və təcvid əhkamları 

Teqlər: 
Paylaş: