Valideyn oğlunu istəmədiyi qadınla evlənməyə məcbur edə bilərmi?

    28.06.2024
Kimdən: 
Murad
Sual: 
Salam Aleykum. Menim 25 yasim var, ve bu yasima qeder oz inancima uygun bir qadin axtardigim ucun evlene bilmemisem. Indi ise valideyinlerim yasimin cox oldugunu deyib meni evliliye mecbur edirler. Amma onlar meni Cahil bir qadinla evlendirmek isteyirler. O qdin ki, onun emeli yoxdu amma ozunu Muselman olaraq gorur. Bele oldugu halda bildiyim qederile hemin qadin Muselmandisa artiq evlilik icazeli olur. O zaman men valideyinlerime bu seyden oturu qarsi cixib itaetsizlik etmekle gunah etmis olurammi? Yoxsa men onlara qarsi cixib ozum kimi olan bir qadinla evlenmeliyem?
Cavab: 

Və aleykum Salam. Kişi evləndiyi qadını seçməkdə azaddır və bu məsələdə kiməsə itaət etməyə məcbur deyil. Bu məsələdə valideynlərinizə itaət etməməklə günah qazanmış olmursunuz. Evlənmək istədiyiniz qadının dininə önəm vermək lazımdır. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: