İnsan günaha düşməmək üçün dua edirsə günaha düşməkdən qorxmalıdırmı?

    04.07.2024
Sual: 
Esselemu Aleykum 1)Çox Vaxt Elm Telebeleeinin Danışdığı Videoların Arxasına Neşid Qoyurlar Onlara Baxmaq İcazelidir? 2)Bir İnsan Günaha Düşmemek Üçün Dua Edibse Yeniden Günaha Düşmekden Qorxmalıdır?Yoxsa Tevekkül Etmelidir?
Cavab: 

Və aleykum Salam. 

1) Naşid barədə oxuyun:


2) İnsan günaha düşməmək üçün dua etməklə bərabər səbəblərdən tutub günüha aparan əməllərdən çəkinməlidir. İnsan həmişə günaha düşməkdən qorxmalıdır və günaha düşməmək üçün lazım olan əməlləri etməlidir. Günah etməyəcəyindən əmin olmaq müsəlman üçün yaxşı xüsusiyyət sayılmır. Uca Allah İbrahim peyğəmbərin (Ona salam olsun) belə dua etdiyini buyurur: "Bir zaman İbrahim de­mişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğul­larımı bütlərə tapın­maq­dan uzaq­laş­dır" (İbrahim, 35). İbrahim ət-Teymi (Allah ona rəhmət etsin) demişdir: "Əgər Tövhid Əhlinin imamı İbrahim (Ona salam olsun) şirkə düşməkdən qorxub dua edirdisə, ondan sonra kim əmin ola bilər ki, şirkə düşməyəcək". Peyğəmbərlərdən başqa bütün insanlar günaha düşə bilərlər. Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Hər bir Adəm oğlu günah edəndir. Günah edənlərin ən xeyirliləri isə tövbə edənlərdir". (ət-Tirmizi, 2499; İbn Məca 4251). 
Paylaş: