Bir insanın maddi və mənəvi haqqına girən şəxs ondan ümumi halallıq alarsa, bu kifayət edirmi?

    11.07.2024
Sual: 
Assalamu aleykum mən illər əvvəl bir dostumun qul haqqına girdim maddi və mənəvi olaraq.Sonra başəma bir çox müsibət gəldi.Həmin adamdan halallıq istədim halallıq verdi ancaq maddi olaraq heçnə istəmədi maddi olaraq haqqını istəməməsinə baxmayaraq qarşılamalıyam?Başıma gələn müsibətlər və onun istəməməsinə baxmayaraq qarşılamılyam maddiyatı?Maddi olaraq bilmirəm nə qədər qarşılamalıyam bir qurban pulu qədər var təxminimcə bir qurban pulu qədər qarşılasam olar?
Cavab: 

Və aleykum Salam. Bir insana maddi zərər vurmaqla haqqına girən şəxs tövbə etməklə yanaşı haqqına girdiyi insana maddi zərəri ödəməlidir. Əgər haqqına girdiyiniz şəxs maddi zərəri bildiyi halda halallıq verib sizi bağışlayarsa, bu halda sizin üzərinizə heç nə düşmür. Əgər haqqına girdiyiniz insan maddi zərərdən xəbərsizdirsə, bu halda maddi zərər barədə ona məlumat verməli və qarşı tərəf tələb etdiyi halda onu ödəməlisiniz. Əgər qarşı tərəfə maddi zərər barədə məlumat vermək vəziyyətin daha da gərginləşməsinə səbəb olarsa, bu halda maddi zərər barədə ona məlumat vermək mütləq deyil. Bu maddi zərəri təxmin edib başqa bir vasitə ilə ona çatdırın. Həmçinin oxuyun:

Qul haqqı barədə

Heç kəsin haqqı yerdə qalmaz

Teqlər: 
Paylaş: