Səbirli olmaq üçün müəyyən Quran ayələrini zikr kimi demək olarmı?
Sual:
Salam Aleykum. Quran ayələrini zikr kimi oxumaq qəbuldur? Məsələm İnnallahu yuhibbul sabirin Allah səbr edğnlərlədir (Bəqərə 153) ayəsini təkrar təkrar oxumaq məni səbrli insan edə bilər? Əgər mümkünsüzdürsə, səbrli olmaq ücün mənə zikr və ibadətlər məsləhət görərdiz. Cavaba görə indidən tğşğkkür edirəm.
Cavab:
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, qeyd etdiyiniz ayədə (əl-Bəqərə, 153) Uca Allah [İnnəllahə məas-sa:birin] "Həqiqətən, Allah səbir edənlərlədir!" buyurur. Səbirli olmaq üçün Quran ayəsini zikr kimi təkrarlamaq dinimizdə buyurulmayıb. Lakin əgər insan özünü səbirli olmağa təşviq etmək məqsədilə səbir barədə olan ayələri tez- tez yada salırsa, bunda bir qəbahət yoxdur. Səbirli olmaq barədə ətraflı oxuyun: