Dəstəmaz əsnasında yel çıxdığını hiss edib nə səs eşidən, nə də qoxu hiss edənin dəstəmazı səhihdirmi?

    27.07.2024
Kimdən: 
Ibrahim
Sual: 
Salam aleykum mene bir şey barede komek edin Allah ucun, men destamaz almaqa gedende menen sanki nese cixir ama ne sesi var ne iyisi necedefe aliram destamazi cixiram yenede mennen nese cixir hava kimi men bunu hiss edirem normal halda mende qaz qacirmaq kimi şeyler olmur olsa bele saxliya bilirem ozmu ama destamaz almaqa gedende menen nese cixmaqa başliyir ele deyirem bu vesvesedi yenede cixir dusunurem birden heggigeten nese cixir mende vesvese kimi bilib devam edib qilaram namaz namazda batil olar. Mene komek edin men bilmirem nece edim namaz vaxdi qirende heycan meni buruyur deyirem nece destamaz alacam ilk once taharat esib sonra gedirem onun derdinen sunnetleri qila bilmirem((
Cavab: 

Və aleykum Salam. Əgər yel çıxdığından əmin deyilsinizsə, sadəcə şübhələnirsinizsə, demək ki, bu şeytanın vəsvəsəsidir və siz belə vəsvəsələrə fikir vermədən dəsətmaz alıb namazınızı qılın. Qeyd edirsiniz ki, bu hal ancaq dəstəmaz almaq istəyəndə baş verir. Bu isə onun şeytan vəsəvəsi olduğunu göstərir. Dəstəmaz yalnız pozulduğunu yəqin bildiyiniz halda yenidən alınır. Şübhələrə əsaslanaraq dəstəmazın pozulmasına hökm vermək olmaz. Abdullah ibn Zeyd əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər namaz əsnasın­da özün­dən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəbər verdikdə Peyğəm­bər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu­yurdu: "Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxma­sın!" (Səhih əl-Buxari, 137). Həmçinin oxuyun:

Dəstəmazın pozulduğunu hiss etmək namazı batil edirmi?

Paylaş: