Möminin qəbir əzabı və sübh namazına gecikməyin cəzası

    05.06.2014
Kimdən: 
Məryəm
Sual: 
Salam aleykum. Mominin qəbir əzabI haqqInda yaza bilərsiz? birdə subh namazIna gecikməyin ezabI haqda yazIn.
Cavab: 

Aleykum salam. Uca Allah möminlərə vəd etdiyi mükafatları vermək, həm­çinin günah işləyənləri günahlarından təmizləmək üçün bəzi imtahanlar hazırlamışdır. Dünyada olarkən günahlarından təmizlənə bilməyən möminlər qəbirdə, orada da təmizlənə bilməyənlər məhşərdə, orada da təmizlənə bilməsələr, Cəhənnəmdə cəzalarını çəkərək pak olurlar. Daha sonra Cənnətə gedirlər. Həmçinin oxuyun:
Qəbir əzabı öz təsdiqini tapıbmı?
Qəbir əzabı haqqında
Möminin və kafirin ölümü
Sübh namazı mühüm namazlardan sayılır: "Günəşin qərbə sürüşməsindən gecənin qaranlığına qədər müəyyən vaxtlarda namaz qıl, xüsusilə də səhər namazını. Çünki səhər namazında gecə və gündüz mələkləri hazır olar (şahid olarlar)". (əl-İsra, 78). Namazı üzrsüz yerə vaxtında qılmamaq böyük günahlardandır.

Teqlər: 
Paylaş: