Kimisə döymək günahdırmı və digər suallar

    05.06.2014
Kimdən: 
F7
Sual: 
Size 3 suallim var :1-kimise doymek gunahdir,2-bodibuldinkle mesgul olmaq gunahdir,3-bir qiz sevirem o sa basqasini sevir.menim qizi yene de sevmeyim gunahdir.
Cavab: 

Aleykum salam. 
1) Haqsız yerə kimisə döymək, kiməsə əl qaldırmaq və ya kiməsə əziyyət vermək əlbəttə günahdır. Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Müsəlmanı söymək günah, onunla vuruşmaq isə küfrdür". (əl-Buxari, Muslim).
Bir rəvayətdə bildirilir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) hər dəfə küçədən keçəndə birisi (bir yəhudi qadın) onun başına toz-torpaq tökürdü. Həmin şəxs xəstələnərkən peyğəmbər (salləllahu aleyhi və səlləm) onu ziyarətə gedir. Həmin şəxs bunu görərkən çox utanır və hətta onun bu əxlaqına görə islamı qəbul edir.
Həsən ibn Əli ibni Əbu Talib (Allah onlardan razı olsun) bir gün küçədən keçərkən bir nadan insan onu və valideynlərini təhqir etməyə başlayır. Həsənin (Allah ondan razı olsun) yanında olanlar səbir etmirlər və o nadan insanı döymək istəyirlər. Amma Həsən (Allah ondan razı olsun) səbir edir və onunla xoş danışır. Nəhayət həmin şəxs utandığından ağlamağa başlayır. Həmçinin oxuyun: Söyüş söymək və dava salmaq günahdırmı?
2) Bodibildinqlə məşğul olmaq olar, amma bir şərtlə ki, bu idman özünü nümayiş etdirmək üçün səhnələrə və ya yarış meydançalarına çıxılmasın. Həmçinin bu idman növü ilə məşğul olarkən həddi aşmaq lazım deyil. Yəni, həddindən artıq məşq edərək bədəni şişirtmək və özünü yükləyərək bədəni gücə salmaq olmaz.
3) Bu cür sevgi, tərəflər bir birinə qovuşa bilmədiyi üçün iztiraba və qəlb xəstəliyinə gətirib çıxara bilər.  Siz Uca Allaha dua edin ki, sizin qarşınıza sizin sevginizə və diqqətinizə layiq olan daha xeyirli bir qadın çıxartsın. Həmçinin oxuyun: Sevgi günahdır?
 

Teqlər: 
Paylaş: