Valideyn övlad üçün sınaq ola bilərmi?
Və aleykum Salam. Ümumiyyətlə, dünyada başımıza gələn hər bir şey sınaqdır. Uca Allah hər insanı bir şeylə imtahan edir. Odur ki, belə düşünməyiniz günah deyil. Şübhə yoxdur ki, valideynin övladı ilə pis davranması və övladları arasında ayrıseçkilik qoyması düzgün deyil. Ancaq istənilən halda siz haqlı olsanız belə, valideynlə pis davranmaq, onunla dalaşmaq, ona qarşı kobudluq etmək qadağandır. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de". (əl-İsra, 23-24). Əksinə, belə hallarda sizin üzərinizə düşən səbir etmək, gözəl şəkildə, hikmətlə və əxlaqla onu haqqa dəvət etməkdir. Ətraflı oxuyun:
Pis valideynlərə nifrət etmək düzgündürmü?