Laqeyd qohumlarla əlaqəni kəsmək olarmı?

    22.08.2024
Sual: 
Salam Bu səhifədə qohumlarla əlaqələri kəsmək haqqında sual cavabları oxumuşam Qohumlarla əlaqələri kəsməyin günah olduğunu bilirəm.Bizim bəzi qohumlar var idi illərlə bizim ilə əlaqə saxlamayıb adicə telefon zəngləri olmuyub.onlar bizə gəlmək istədilər.evdəkilərində acığına gəldi illərlə niyə baş çəkmiyiblər icazə vermədilər gəlməyə.(bəlkədə ola bilərki hansısa xoşa gəlməz hərəkətlərə görə üz verilməyib)İndi burda kim günah qazanır,əgər həqiqətən arada xoşa gəlməz əlamətlər varsa elə qohumlarla necə yaxınlıq olsun, halbuki dində əlaqələri kəsmək günahdı. Mənə burda hansı tərəfin düz eləmədiyi marağlıdı.Mehribançılığı saxlamaq üçün nə etmək lazımdır(əgər xoşa gəlməz xarakterləri varsa).
Cavab: 

Va aleykum Salam. Evə qonaq gəlmək istəyən qohumları laqeyid olduqları üçün geri qaytarmaq dinimizə görə düzgün deyil. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ey Allahın elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlarsa mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlarsa mənə pislik edirlər, mən onlarla mülayim danışır, onlarsa mənimlə kobud rəftar edirlər". O dedi: "Əgər sən deyən kimidirsə, onda elə bil ki, sən onlara isti kül yedizdirirsən. Bu cür rəftarın davam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziyyətlərini dəf edən) köməkçi olar". (Səhih əl-Buxari, 5911). Ətraflı oxuyun:

Pis qohumla əlaqələni kəsmək olarmı?

Qohumlarımdan çoxlu haqsızlıq görmüşəm...

Teqlər: 
Paylaş: