Qiblə tərəfdə qəbiristanlıq olarsa, evin içində qibləyə durub namaz qılmaq olarmı?
Sual:
Essalamu Aleykum. Bizim evin onu qebrstanliqdi. Qiblede o terefedir. O istiqametde namaz qilmaq olarmi? Men bilen qebrtanliqda namaz qilmaq olmaz. Bes evimin onunde varsa ne etmeliyem qible hemin terefdirse?
Cavab:
Və aleykum Salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbiristanlıqda, habelə qəbirlərə tərəf namaz qılmağı qadağan edərək demişdir: "Qəbirlərə tərəf namaz qılmayın...". (Səhih Muslim, 972; Əbu Davud, 3213). Qadağan olan qəbiristanlıqda qəbirlərə tərəf namaz qılmaqdır. Evdə olarkən qiblə tərəfdə qəbiristanlığın olması isə bu qadağaya aid deyil. Həmçinin oxuyun: