Qəbirlərin önündə bunları etmək haramdır

    15.04.2015

 

  1. Allah üçün qurban kəsmək: Peyğəmbər (S.A.V.) demişdir: «İslamda “Aqr” (kəsmək) yoxdur». Əbdürrəzzaq ibn Həmmam adlı alim hədisdəki “Aqr” sözünə aydınlıq gətirərək deyir: «Cahiliyyət dövründə qəbirin üzərində inək və ya qoyun kəsərdilər»[1].
  2.  6.   Aşağıdakı hədisdə deyilənləri etmək:

Cabir (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) qəbiri hündür etməyi, qəbirin üzərində oturmağı, tikili tikməyi, qəbiri artırmağı və ya üzərinə yazmağı qadağan etmişdir»[2].

7. Qəbirə tərəf namaz qılmaq: Demək, Peyğəmbər (S.A.V.) demişdir: «Qəbirlərə tərəf namaz qılmayın...»[3].
8. Qəbirin yanında namaz qılmaq: Hətta qəbirə tərəf yönəlməsə də, orada namaz qılmaq qadağandır.

Demək, Əbu Səid əl-Xudri (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qəbiristanlıq və hamamdan başqa, yer üzünün hər yanı namazgahdır»[4].

9. Qəbirlərin üzərində məscidlər tikmək: Aişə və Abdullah ibn Abbas (Allah onlardan razı olsun) deyirlər: Peyğəmbərin (S.A.V.) ölüm xəstəliyi gəldikdə əynindəki paltarını üzünə çəkdi. Sonra özünə gəldikdə paltarı çəkib üzünü açdı və elə vəziyyətdə dedi: «Allah kafirlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər». Bununla Peyğəmbər (S.A.V.) öz ümmətini onların etdiklərindən çəkindirirdi.[5]
Aişə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) sonuncu xəstəliyində belə dedi: «Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər». Daha sonra Aişə (A.R.O.) sözünə davam edərək deyir: “Əgər bu qadağa olmasaydı, onun qəbiri hündür edilərdi. Belə ki, onun qəbirinin səcdəgah ediləcəyindən ehtiyat edilirdi”[6].
10. Bəlli vaxtlarda və müəyyən mövsümlərdə ibdaət və ya başqa məqsədlə qəbiri daimi ziyarətgaha çevirmək: Demək, Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Mənim qəbirimi daimi ziyarətgaha çevirməyin. Evlərinizi də qəbir etməyin. Harada olsanız mənə salavat deyin. Həqiqətən sizin salavatınız mənə yetişir»[7].

11. Qəbirə görə səfər etmək:
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Üç məsciddən başqa heç bir yerə ziyarət səfəri etmək olmaz: Məscidül Həram, Peyğəmbərin (S.A.V.) məscidi və əl-Əqsa məscidi»[8].
12. Qəbirlərin üzərində çıraq yandırmaq: Belə ki, bu bir bidətdir və saleh sələflərimiz belə bir əməl etməzdilər. Peyğəmbər (S.A.V.) demişdir: «Hər bidət zəlalətdir. Hər zəlalətin sonu isə oddur»[9]. Həmçinin belə səfərlər, mal-dövləti boş-boşuna xərcləməkdir. Bu isə açıq-aşkar şəkildə qadağan edilmişdir. Belə ki, Peyğəmbər (S.A.V.) demişdir: «Allah sizə üç şeyi: dedi-qodu etməyi, malı israf etməyi və çoxlu sual verməyi – qadağan etmişdir»[10].
13. Meyitin sümüklərini sındırmaq: Peyğəmbər (S.A.V.) demişdir: «Mömin ölü ikən onun sümüyünü sındırmaq, diri ikən sındırmağa bərabərdir»[11].

 
[1] Hədisin sənədi səhihdir. əl-Cənaiz: səh. 203. Əbu Davud: 9/ 42/ № 3206.
[2] Hədisin sənədi səhihdir. əl-Cənaiz: səh. 204. Əbu Davud: 9/ 45/ № 3219. Qeyd olunan rəvayət ona məxsusdur. Hədisi bəzən artıq, bəzən isə əksik ifadələrlə rəvayət edənlər bu alimlərdir: Müslim: 2/ 667/ № 970. Tirmizi: 2/ 258/ № 1058. Nəsai: 4/ 86.
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 7348. Müslim: 2/ 668/ № 972. Əbu Davud: 9/ 49/ № 3213. Tirmizi: 2/ 257/ № 1055. Nəsai: 2/ 67.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2767. Əbu Davud: 2/ 158/ № 488. Tirmizi: 1/ 199/ № 316.
[5] Buxari: 8/ 140/ № 4444. Müslim: 1/ 377/ № 531. Nəsai: 2/ 40.
[6] Buxari: 3/ 200/ № 1330. Müslim: 1/ 376/ № 529. Nəsai: 2/ 41.
[7] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 7226. Əbu Davud: 6/ 31/ № 2026.
[8] Buxari: 3/ 63/ № 1189. Müslim: 2/ 1014/ № 1397. Əbu Davud: 6/ 15/ № 2017. Nəsai: 2/ 37.
[9] Buxari: 2/ 414/ № 934. Müslim: 2/ 582/ № 851. Nəsai: 3/ 104. İbn Macə: 1/ 352/ № 1110. Əbu Davud: 3/ 460/ № 1099. Müxtəsər rəvayət etmişdir. Tirmizi: 2/ 12/ № 5111. Onun rəvayətinə oxşar.
[10] Buxari: 3/ 340/ № 1477. Müslim: 3/ 1340/ № 1715.
[11] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2143. Əbu Davud: 9/ 24/ № 3191.İbn Macə: 1/ 516/ № 1616.