Təziyə (başsağlığı vermək)
Ölənin ailəsinə, təsəlli verən, kədərlərini aparan, onları qəza-qədərdən razı salan və səbr etmələrinə səbəb olan sözlərlə başsağlığı vermək olar. Əgər bilirsə və ya xatırlayırsa onda yaxşı olar ki, dediyi sözlər Peyğəmbərin (S.A.V.) dediklərindən olsun. Əks halda, bu məqsədi həyata keçirən və şəriətə zidd olmayan, bildiyi gözəl sözlərlə başsağlığı versin.
Usamə ibn Zeyd (A.R.O.) deyir ki, «biz Peyğəmbərin (S.A.V.) yanındaydıq. Qızlarından biri, hansısa uşağının ölüm ayağında olmasını ona xəbər vermək və onu çağırmaq üçün adam göndərdi. Peyğəmbər (S.A.V.) isə dedi: «Onun yanına qayıt və de: Allah nə götürürsə Onundur. Nə verirsə o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. Ona de ki, səbr etsin və Allahdan savab umsun...»[1].
Əksər insanların bunları edət halına çevirməsinə baxmadan, deyiləcək iki şeydən çəkinmək lazımdır:
- Başsağlığı vermək üçün, ev, qəbiristanlıq və ya məscid kimi – xüsusi məkanda toplaşmaq.
- Ölənin ailəsinin başsağlığı verənlərə yemək təqdim etməsi.
Demək, Cərir ibn Abdullah əl-Bəcəli (A.R.O.) deyir ki, «biz ölənin ailəsinə toplaşmağı və o dəfn olunandan sonra yemək təqdim etməyi ağı demək hesab edirdik»[2].
Sünnəyə görə ölənin yaxınları və qonşuları onları döyuzdurmaq üçün yemək hazırlamalıdırlar. Demək, Abdullah ibn Cəfər (A.R.O.) deyir ki, Cəfər ölən zaman bəd xəbər gəldikdə Peyğəmbər (S.A.V.) dedi: «Cəfərin ailəsi üçün yemək hazırlayın. Onları məşğul edən hadisə baş vermişdir»[3].