Qeyri-müsəlmanların öz aralarında bağladıqları nikah doğru sayılırmı?

    10.09.2024
Sual: 
Salam Aleykum. Mənim bir sualım olacaqdı. Nikahsız bütün münasibətlər zinadırsa, o zaman kafirlərin bir-birlərilə etdikləri nikah keçərsizdirsə zinadamı olmuş olurlar? Və ya Müsəlmana kafir haramdırsa, nikahları keçərsizmi olur? O zaman zinamı etmiş olurlar?
Cavab: 

Və aleykum Salam. Qeyri-müsəlmanların öz dinlərinə və adətlərinə görə doğru saydıqları nikah bizə görə də doğrudur. Qeyri-müsəlmanların öz aralarında bağladıqları nikahda İslam dinin qoyduğu şərtlər tələb olunmur. 

Dinimizə görə müsəlman qadın heç bir halda qeyri-müsəlman kişi ilə nikaha girə və evlənə bilməz. Lakin müsəlman kişiyə Kitab əhlindən (yəhudi və xaçpərəst) olan qadınlarla evlənməsi icazəlidir. Ətraflı oxuyun:

Xristian qadınla evlənmək olarmı?

Müsəlman qadın qeyri-müsəlman kişi ilə olan nişanı qaytara bilərmi?

Teqlər: 
Paylaş: