Xristian qadınla evlənmək olarmı?
Sual:
Salam Aleykum xristian bir xanimla aile heyati qurmaq olar? Xristian oldugu ucun kebin nece kesilmelidir?
Cavab:
Va aleykum Salam. Uca Allah bizə (müsəlmanlara) Kitab əhlindən (xristian və yəhudi) olan namuslu qadınlarla evlənməyi halal etmişdir. Uca Allah bu xüsusda buyurur: "Mömin qadınlardan ismətli olanlar və sizdən öncə Kitab verilənlərdən ismətli qadınlar, mehrlərini verdiyiniz təqdirdə, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə sizə halaldır". (əl-Maidə, 5).
Bu ayədə həmin qadınların İslamı qəbul etmələrinin şərt sayılmadığı bildirilir. Öz dinlərində qalsalar belə, Kitab əhlindən olan qadınlarla evlənməyə icazə verilir. Kitab əhlindən olan qadınlarla nigahın kəsilməsinə gəlincə, əgər qadının vəlilərindən müsəlman olan yoxdursa, qadının vəlisi kəbini kəsən şəxs (qazi, məscid imamı, məsul dini xadim) olur. Həmçinin, iki şahidin iştirakı ilə mehr təyin olunur və qadına verilir. Həmçinin oxuyun: