Problemim olduğu üçün qüsl ala bilmirəm. Buna görə sübh namazını qəza edə bilərəmmi?
Sual:
salam.menim size bele sualim var men aileli qadinam namaz qilmaq cox isteyirem seher qusul almaq cetindi mene uzr isteyirem ginekoloji problemle elaqeli.seher namazin qeza etmek olarmi?
Cavab:
Aleykum salam. Xəstə olduqda qüsul əvəzinə torpaqla təyəmmüm almaq olar. Namazı isə qəzaya saxlaq olmaz. Allah Təala buyurur: "(Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz". (əl-Maidə, 6).