Yarışda iştirak etməyən üçüncü tərəfin qalibi mükafatlandırması şərti ilə futbol oynamaq olarmı?
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Qumar - iki və ya daha artıq tərəfin pul və ya həra hansı bir mal qoyub sonda qalib gələn tərəfin (oyunçu, yarışçı və ya malı girov qoyulan şəxsin) məğlub tərəfdən və ya tərəflərdən pul, mal-mülk alması şərti ilə oynanılan hər bir oyun və ya yarışdır. Bu növ yarışlar və ya oyunlar qadağandır və oradan əldə olunan mal haram sayılır. Ətraflı oxuyun:
Qumardan və mərc oyunlarından qazanc əldə etmək barədə?
Yarışda içtirak etməyən üçüncü tərəfin (və ya oyunu təşkil edənin) qalibi mükafatlandırmasını öz öhdəsinə götürməsi qumar sayılmasa da, Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yalnız üç növ yarışda mükafat təyin etməyə icazə vermişdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Bu üç şeydə mükafat vardır: dəvə yarışı, at yarışı və ox yarışı",– buyurmuşdur. (Əbu Davud, Cihad: 67). Çünki bu yarışlar din üçün faydalı olan yarışlardır. Həmçinin bəzi alimlər Quran və İslam elmləri üzrə müsabiqələri də buna aid etmişlər. Futbol oyunu isə buna aid deyil. Həmçinin oxuyun: