Təcavüzə məruz qalmış qadın zina etmiş sayılırmı?
Sual:
salam
qadin eri ola ola zina etdikde onun eri ile arasinda olan kebin düsür pozulur yeni?
birde eyer 1qiz zorlanarsa o zina sayilir?
Cavab:
Və aleykum Salam. Zina etmək böyük günahlardan biridir. Bu barədə ətraflı oxuyun:
Zina etdiyim insanla tövbə edib ailə qursam bağışlanarammı?
Zina və ondan necə qorunmaq haqqında
Evli qadın zina edərsə, onun əri ilə aralarında olan nikahı pozulmur. Təcavüzə məruz qalmış qadın zina etmiş sayılmır. Zinakar, öz nəfsi istəklərinə uyaraq zina edənə deyilir. Peyğəmbər ﷺ demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcbur edilərək etdiyi günahları bağışlamışdır". (İbn Macəh, 2043). Həmçinin oxuyun: