İmama tabe olan şəxs namazda səhv edərsə, səhv səcdəsi etməlidirmi?

    03.11.2024
Sual: 
Əs səlamu aleykum Allah sizə bərəkət versin Caamat namazında əgər biri səf edərsə o imama tabedi namazda səf buraqdıqda salamnan qabaq səf səjdəsi etməlidirmi yoxsa imama tabe olduqum üçün etmirəm
Cavab: 

Və aleykum Salam. İmama tabe olan şəxs namazda səhv edərsə aşağıdakı hallardan birini etməlidr:

  1. Əgər imama tabe olan şəxs imamla birlikdə bütün rükətlərə yetişibsə və öz namazında vacibləri tərk etməklə səhvə yol verərsə, məsələn, rükuda "Subhanə Rabbiyal-azim" deməyi unudarsa, onun səhv səcdəsi etməyə ehtiyac qalmır; çünki bunu imam onun üçün demiş sayılır. Lakin əgər imama tabe olan şəxs namazın rükunlarını tərk etməklə səhv edərək bir rükəti batil edərsə, məsələn, əl-Fatihə surəsini oxumağı unudarsa, burada imama tabe olan şəxs imam salam verdikdən sonra ayağa qalxmalı, batil olan rükəti yerinə yetirməli, sonra oturub təşəhhüd etməli, salam verməli və salamdan sonra səhv səcdəsini etməlidir.
  2. Əgər imama tabe olan şəxs namaza sonradan qoşularsa və səhv edərsə, fərq etməz istər etdiyi səhv imamla birlikdə qılarkən olsun, istər ayrı qılarkən, imam namazı bitirdikdən sonra yerdə qalan hissəni tamamlamaq üçün ayağa qalxmalı, namazı tamamladıqdan sonra səhv səcdəsini etməlidir. 

Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: