Hər anda görə kəffarə verilməlidirmi? Boş and nəyə deyilir?

    05.11.2024
Sual: 
ƏsSələmu Aleykum. Mənim bir sualım olacaqdı. Bildiyimiz kimi bir şəxs and içib onu pozduqda, bunun bir kəffarəsi var. Bu bütün andlaramı aiddi, yoxsa xüsusilə hansısa andlara aiddi? Məsələn bir insan Allaha and içsəki bundan sonra hərgün idman eləyəcəm. Bu andıdamı pozduqda günah qazanırsan və kəffarə ödəyirsən? Yoxsa bu boş, yəni keçərsiz bir anddı?
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, insan hər boş şeyə görə and içməkdən çəkinməlidir və əgər and içərsə, onu qorumalıdır. Uca Allah bu xüsusda buyurur: "Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandırar. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz". (əl-Maidə, 89). İnsan and içib andını qoruya bilməyəcəyi hər şeyə görə kəffarə verməlidir. Boş and dedikdə insanın sözgəlişi, niyyəti olmadan ağzından çıxardığı anda deyilir. Bu anda görə kəffarə düşmür. Lakin insanın niyyət edərək içdiyi hər anda görə kəffarə verməlidir. Həmçinin oxuyun:

Paylaş: