Boynunda həm cənabət, həm də heyz qüslü olan əvvəlcə hansına görə qüsl almalıdır?
Sual:
Əssələmu aleykum.Qadın heyzkən yuxuda cünub olubsa, heyzdən təmizləndikdə birinci heyz,ikinci cənabət qüslu almalıdır yoxsa birinci cənabət qüslu sonra heyz qüslu? Niyyətə görə soruşuram. Yəni birinci və ya ikincidə hansına niyyət edilsin?
Cavab:
Va aleykum Salam. Boynunda həm heyz, həm də cənabət qüslü olan qadın cənabət qüslünü gecikdirib heyz qüslü alarkən hər ikisini niyyət edib bir dəfə qüsl ala bilər və ya hərəsi üçün ayrıca qüsl alabilər. Ayrı-ayrılıqda qüsl alarsa hansı birini əvvəl niyyət etməsi fərq etməz. İstəsə əvvəl cənabət qüslü niyyəti ilə qüsl alıb sonra heyz qüslünü ala bilər, istəsə əksinə edər. Lakin qadın heyz olmasına baxmayaraq, cənabət qüslü niyyəti ilə qüsl ala bilər və bu daha yaxşıdır. Həmçinin oxuyun: