Cənabət qüslü əvəzinə bilmədən heyz qüslü alan qüsl etmiş sayılırmı?
Sual:
Salam Aleykum. 5 ildir namaz qılıram. Mene sadece heyz qusulu almaq oyredilmişdi ve diger qüsllar haqda xeberim olmayib. Cünub veziyetinde olduğum zamanlarda da heyz qüsulu almışam, cenabet qüsulunu yeni öyrendim ve çox narahat oldum. Menim indiye qeder qildiğim namaz ,zikrler cenabet qüsulu almamışam deye batil ve ya qeza sayılır mı, yoxsa bilmeden etdiyime göre qebuldurmu.
Cavab:
Va aleykum Salam. Cənabət və heyz qüsllərinin alınma qaydası eynidir, sadəcə niyyətdə fərqlənirlər. Yəni heyz qüslü alarkən qəlbdə heyzdən təmizlənmə niyyət edilir, cənabət qüslü alarkən isə qəlbdə cənabəti aradan qaldırmaq niyyət edilir. Həm heyz, həm də cənabət halı namaz qılmağa mane olan səbəb sayılır. Əgər qüsl edərkən niyyətinizdə namaz qılmağa mane olan səbəbi aradan qaldırmaq olubsa, artıq qüslünüz səhihdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Macəh, 2043).
Əgər qadın saçlarını hörürsə, cənabət qüslu alarkən hörüklərini açmadan qüsl edə bilər. Heyz qüslündə isə hörüklər mütləq açılmalıdır. Daha ətraflı: