Əlləri açıq şəkildə, lakin sözləri sizin yazdığınız kimi namaz qılmaq olarmı?
Sual:
Salam Aleykum. Men keçen il sizden hicab haqda sual soruşmuşdum sizde cavab vermişdiz. Hemd olsun artıq 1 ildir hicabdayam. Allah razı olsun sizlerden. İndi ise sualım beledirki:Menim ailem şie namazı qılır ve mende uşaqlıqdan ele qılmısam. İndi ise sizin paylaşdıgınız kimi qılmaq istiyirem. Ellerim açıq sekilde amma sözler eyni siz yazdıqlarınız kimi desem düzgün namaz qılmış olaram?
Cavab:
Və aleykum Salam. Əvvəla sizi hicaba keçməyiniz münasibətilə təbrik edirik. Allaha həmd olsun! Uca Allahdan sizə sabitlik diləyirik. Əgər ailədə sıxıntı varsa və Peyğəmbərin namazda əllərini qoyduğu qaydada qılmaq mümkün deyilsə, bu sıxıntı aradan qalxana qədər əlləri açıq namaz qıla bilərsiniz. Ətraflı oxuyun: