Ölən insanın yaxınlarına "başın sağ olsun" demək olarmı?

    16.11.2024
Kimdən: 
Sarıoğlu Niyazi
Sual: 
Salam aleykum.Insan dünyasını dəyişəndə onun yaxınlarına başın sağolsun demək nə dərəcədə düzgündü və yaxud bu haqda hədis varmı?
Cavab: 

Və aleykum Salam. Ailə üzvlərindən və ya yaxınlarından biri vəfat edən insana başsağlığı vermək, ona səbir diləməz dinimizin buyurduğu gözəl əxlaqi xüsusiyyətdir. Allah Elçisi (sallallahu aleyhi və səlləm) belə demişdir: "Kim müsibətə düçar olmuş mömin qardaşına təsəlli verərsə, Qiyamət günü Allah onu fərəhləndirəcək yaşıl paltar geyindirər". Soruşdular: "Ey Allahın Rəsulu, onu nə fərəhləndirəcək?" O buyurdu: "Qiyamət günü ona qibtə ediləcək". (Xatib əl-Bağdadi "Tarixu Bağdad", 7/397). Başsağlığı verərkən ölən insanın yaxınlarına "başın sağ olsun" demək icazəlidir, lakin ölən insanın yaxınlarına sünnədə gələn duaları etmək daha yaxşıdır. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: