" Müşrikləri harada yaxalasanız öldürün..." ayəsində hansı kafirlər nəzərdə tutulur?
Və aleykum Salam. Uca Allah buyurur: "Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. Müşrikləri harada yaxalasanız öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizinlə Məscidul-Haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir. Əgər onlar günah işlərə son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir!" (əl-Bəqərə, 190-192).
Bu və digər bu mənada gələn (kafirlərlə vuruşmaq əmr olunan) ayələrdə müsəlmanlara qarşı vuruşan kafirlərlə, yəni "hərbi kafirlərlə" döyüş meydanında vuruşmaq nəzərdə tutulur. "Hərbi" olmayan kafirlər qonşu və ya qohum olarsa, qonşuluq və qonumluq haqları qorunur və onlara qarşı pis davranmaq icazəli deyil. Əksinə, dinimiz onlara yaxşılıq etməyi buyurur, Onlara sədəqə və zəkat verməyi, müsəlman kişilərə onların qadınları ilə ailə qurmağı icazəli sayır. Uca Allah buyurur: "Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə (kafirlərə) yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir" (əl-Mumtəhənə, 8). Həmçinin oxuyun: