Etdiyi günahı yaxınlarına deyən sonra peşman olub tövbə edəni Allah bağışlayarmı?

    18.01.2025
Kimdən: 
Kamile
Sual: 
Salam geyd edibsizki ,Allah hırkəsi bagislayacaq öz eyiblərini yayanlardan baska. Bes eger ki öz günhalarjnj sirlerni yaxin adamlarna deyibse yani güvən verən insanlara ki her biri bunh bilib yanimda oldu ve arxamda durdu ,ve yenede dediyme pesman oldum ki gerek deməzdim, ve tovbe etsem birde sirlermi heckime demeyeceyme bagli ozaman Allah tovbemi gebul edermi,indiyə kimi Allahin gizlediyi sirlerim yenede gizlin olaraq qalarmi
Cavab: 

Və aleykum Salam. Bir insanın etdiyi günahları başqalarına danışması özü də başqa bir günahdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ümmətimin hamısı əfv ediləcək. Yalnız günahlarını yayanlardan başqa. (Məsələn,) birisi gecə bir günah edir və səhəri gün Allah onun bu qələtini ört-basdır etdiyi halda (dost-aşnasına): "Ey filankəs, mən bu gecə filan, filan işləri görmüşəm"- deyir. Gecə Rəbbi onun (günahının) üs­tü­nə örtük çəkir, səhər isə o, Allahın bu örtüyünü açır". (Səhih əl-Buxari, 6069). Lakin əgər insan peşman olub bu əməldən də tövbə edərsə, Uca Allah onun tövbəsini qəbul edər. Uca Allah buyurur:  “O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. Onların mükafatı, Rəb­bin­dən ba­ğışlanma və al­tın­dan çay­lar axan cənnətlərdir ki, orada əbədi qala­caqlar. Yax­şı əməl sahiblərinin mü­kafatı necə də gözəldir!” (Ali-İmran, 135-136). Həmçinin oxuyun:

Paylaş: