Hansı təfsir kitablarını oxumağı tövsiyə edirsiniz?

    15.04.2025
Sual: 
Salam Təfsir kitabları olaraq hansıları oxumağı tövsiyə edirsiniz? Birdə mənəvi təfsir olaraqdan nə oxuya bilərəm? Abdulkadir geylanin , imam gazali ve risale- i nur ısərlərini oxuya bilərəm mi? Həmçinin tassavuf nədir izah edə bilərsiniz?
Cavab: 

Və aleykum Salam. Təfsir kitabları qısa və geniş olmaqla müxtəlifdir. Həmçinin alimlər ayələrin təfsirinə müxtəlif cəhətdən önəm vermişlər. Bəzi alimlər ayələrin sözlərinin açıqlamasına və qrammatik cəhətdən izahına, bəziləri ayələrin daşıdığı fiqhi mövzulara, bəziləri isə ayə barədə nəql olunan bütün rəvayətləri cəm etməyə önəm vermişlər. Qədim dövrün ən mötəbər və səhih rəvayətlərə əsaslanan təfsir kitablarından İbn Kəsirin "Əzəmətli Quranın Təfsiri" kitabını məsləhət görürük. Müasir dövrün alimlərindən isə Abdur-Rahmən əs-Səədinin "Təysir əl-Kərim ər-Rahmən" kitabını məsləhət görürük. Həmçinin oxuyun:

Paylaş: