Qurban ətini pulla satmaq olarmı?

    17.05.2025
Kimdən: 
N
Sual: 
Salam-Əleykum mən zəhmət olmasa sizdən bir şey soruşmaq istəyirəm. Artıq qurban bayramı yaxınlaşır bu barədə bir neçə şeyi dəqiqləşdirmək istəyirəm. Qurban niyyəti etdiyimiz bir heyvanı bir başqasına qurban kəsməyə satmaq olarmı ? Qurbanlıq heyvanı haram yeyən biri kəsə bilərmi ? Qurban ətini pulla vermək olar mı ? Bu suallarımı cavablandırsanız çox sevinərəm. İndidən Təşəkkür edirəm.
Cavab: 

Və aleykum Salam. 

1) Qurban niyyət edilmiş bir heyvanı başqasına qurban kəsmək üçün satmaq icazəlidir.

2) Kəsilən heyvanın halal olması üçün, heyvanı kəsənin müsəlman (və ya kitab əhli) olması və kəsərkən Allahın adını çəkməsi kifayətdir. Qəssabın haram yeyən biri olması heyvanın halallığına təsir etmir, lakin heyvanı namaz qılan, qüslü olan bir müsəlmana kəsdirmək daha yaxşıdır. Ətraflı oxuyun:


3) Qurban ətini pulla satmaq qadağandır. Ətraflı oxuyun:

Paylaş: