İmam övladlarının qəbirlərini ziyarət edib orada dua etmək
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) qəbirlər üzərində məscid tikməyi bizə qadağan etmişdir. Cundub ibn Abdullahın (Allah ondan razı olsun) rəvayətinə görə peyğəmbərdən (salləllahu aleyhi və səlləm) ölmədən öncə bunları demişdir: "Sizdən əvvəlkilər, peyğəmbər və salehlərini qəbirlərini məscid etdilər. Siz qəbirləri məscid etməyin. Bunu sizə qadağan edirəm". (Muslim). Orada namaz qılmağa gəlincə səhih bir hədisdə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurub: "Namazlarınızdan bir qismini evlərinizdə qılın. Amandır onları qəbirlərə çevirməyin". (əl-Buxari, Muslim). Bu hədisləri rəhbər tutaraq İslam alimləri qəbir olan yerdə namaz qılmağı məkruh (yəni xoş olmayan, tərk edilməsı gərəkən bir iş) görmüşlər. Hətta haram və namazın səhih olmadığını deyənlər də olmuşdur. Həmçinin Qurani kərim və səhih hədislərdə kiminsə xətrinə Allahdan nəsə istəmək bizə buyurulmamışdır. Daha ətraflı: Allahdan kömək istəyərkən kəramət sahiblərinin xətirni vasitə tutmaq olarmı?