Rəsulullahın qaş aldıranlara lənət etməsi hədisi səhvdir?
Aleykum salam. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) insanları günahlardan çəkindirərək ümumi şəkildə hansısa pis işi görənləri lənətləmiş, konkret şəxsləri isə lənətləməmişdir. Bunlar arasında fərq böyükdür. "Filan əməli edənə Allah lənət etsin, və ya filan əməli edənə Allahın lənəti və qəzəbi var" kimi cümlələr olan hədislər, bu həmin əməlin günah, təhlükəli və cəzasının şiddətli olacağını bildirir. Amma ona “Ey Allahın rəsulu, müşriklərə bəddua edib onlara lənət et”- deyəndə, Buna cavab olaraq Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) “Mən rəhmət olaraq göndərildim, lənətçi olaraq deyil” – deyə bildirdi.
Qeyd etdiyiniz hədis səhv deyil, ümumiyyətlə səhih hədislərdə səhv axtarmaq insanın yolunu azmasına gətirib çıxara bilər. Mövzu ilə bağlı oxuyun:
Subay qız qaşını ala bilərmi?
İslam dini lənəti bəyənirmi?