Nə üçün cunub halda əzbər Quran oxumaq olmaz, lakin heyz və nifas halında isə olar?
Sual:
Esselemu aleykum. Allah size bereket versin.
1. Cünub halda Quranı yaddaşdan ezber oxumaq olar? (meselen, ayetul kursi ve s.)
2. Bes heiz, nifas hallarında Quranı ezberden ve ya üzünden oxumaq olar?
3. Men eşitmişdim ki, eslinde Quranın herflerine toxunmadan, sadece kitabın kenarına toxunub sehifeleri çevirerek oxumaqda problem yoxdu. Telefonda ise ümumiyyetle ekran şüşe olduğu üçün ekrandakı herflere toxunmaqda da problem yoxdu. Bu düzgündü? Ve düzgündürse hansı hala aiddi? (cünub yoxsa diger hallar)
4. Bu cür "neyi etmek olar, neyi etmek olmaz" meselelerinde cenabet ile qadınlarda olan diger hallarda hökmler ferqlidi? Yoxsa eyni qaydalar tetbiq olunur?
Cavab:
Və aleykum Salam.
1) Cunub halda Quran oxumaq olmaz, istər əzbərdən olsun, istər üzdən oxumaqla. İstər kişi olsun, istər qadın. Ətraflı oxuyun:
2) Heyz və nifas halında Quranı əzbərdən oxumaq icazəlidir. Həmçinin birbaşa toxunmadan (əlcək və s. vasitəsilə) Qurana toxunmaq və səhifələri çevirmək olar. Telefona isə toxunmaqla da oxumaq olar. Bu heyz və nifas hala aiddir. Cunub halda isə oxumaq olmaz. Ətraflı oxuyun:
3) Cənabətlə heyz və nifas halları fərqlidir. Cünki cənabət halını aradan qaldırmaq insanın öz əlindədir, istədiyi vaxt qüsl edə və ya imkan yoxdursa təyəmmüm edə bilər. Heyz və nifas halı isə qadının öz əlində deyil. Odur ki alimlər bu iki hal arasında fərq qoyaraq birinci halda (cunub halında) Quranı əzbər oxumağı qadağan, ikinci halda (heyz və nifas halında) icazəli görmüşlər.