İslamda "gizli kəbin" deyilən bir anlayış varmı?
Sual:
Salam. Əvvəla sualıma görə üzr istəyirəm. Yoldaşımla gizli kəbin etmişik ailələr bilmir, ayrı yaşayırıq, evimiz də yoxdur. Yoldaşım əlaqə üçün ailəsi ilə yaşadığı evə ailəsi evdə olmayanda gizlin çağırır mənsə getmək istəmirəm. Hotelə də çağırır, ora da haram işlərin olduğu yerdir deyə getmək istəmirəm. Hər birində pis hiss edirəm. Bu halda nə etməliyəm? Yoldaşımın istəyini yerinə yetirməliyəm yoxsa getməmək doğru olar?
Cavab:
Və aleykum Salam. İslamda "gizli kəbin" deyilən bir anlayış yoxdur. Kəbin qızın vəlisinin (atası, qardaşı, əmisi və s.) izni və iki şahidin iştirakı ilə kəsilməlidir. Əgər kəbin qadının vəlisinin xəbəri olmadan kəsilibsə, bu kəbin etibarsız sayılır. Əgər vəziyyət belədirsə, sizin görüşməyiniz doğru deyil və bu əməl zina sayılır. Həmçinin oxuyun: