Hamıdan gizli nigah bağlamaq olarmı?

    20.10.2015
Kimdən: 
Arzu Eliyeva.(((M)))
Sual: 
Salam.xahis edirem sualima cavab yazin.sualim beledi...Menim istediyim oglan var 3 il yarimdi bir birimizi sevirik.ayib elemiyin bunu bilmeycun yazdim.biz sevismisik gorusmusukde.amma pesman olmusam men gunaha girmisem biliremki sef is gormusuk.insallah 1 ilden toyumuz olasidi.biz istiyiriki Tobe eliyek.Tobe edib.biz Nikah eliye bilerikmi.?.ikinci sual.biz bu Nikahnan hemiselik yasiya bilerikmi yoxsaki toy ucunde nikah lazimdirmi.?.biz istemiriki nikah elediyimizi kimse bilsin.xahis edirem meni basa salasiz biz indi Nikan elesey Toy vaxti valdeynler yene Nikah eleseler bu nece olacaq.?men nece edim yene gunaha batmaq istemirem xahis edirem mene bir yol tapasiz.cavabinizi gozluyurem sagolun
Cavab: 

Va aleykum Salam. Əvvəla onu qeyd edək ki, bu vaxta qədər əgər siz onunla şəri kəbin olmadan haram münasibətdə olmusunuzsa, sözsüz ki, bu zinadır. Zina isə böyük günahlardan sayılır. Bunu edənlər yubanmadan Uca Allaha səmimi qəlbdən tövbə edib əməlinə görə peşman olmalı, bir daha bu günaha qayıtmamalı və çoxlu xeyirli əməllər etməlidir. Başqalarından gizli nigah bağlamaq isə olmaz. Qadın tərəfdən vəli (atası, olmasa qardaşı, olmasa əmisi və s.), iki şahid olmalı və qadına mehr verilməlidir. Bu şərtlərə əməl olunmayan nigah batildir. Daha ətraflı:
Nikah bağlamağın qaydaları
Zinadan necə qorunmaq olar?

Paylaş: