Qüsl alarkən üç dəfə salavat demək doğrudurmu?

    08.10.2025
Kimdən: 
Vüsalə
Sual: 
Salam Aleykum her vaxtınız xeyir bele bir sual vermek istirem umud ediremki bu sualım cavablanar Men illerdi qusul aliram amma her qusul aldiqida niyet edib hansinqusul aldiqimi niyet edib sonra selami getirirem 3 defe allahım masallı ala muhamməd və ala ali seyidinə muhammad dedikden sonra dusune dusune qaliramki goren duzgunmu qusul.aliram duzmu edirem yoxsa seyf edirem xayis edirem menim bu narahat eden sulaimi cavab verersiz be qusul zamani hansi musteheb dualar oxumaq olar
Cavab: 

Və aleykum Salam. Qüsl alarkən sadəcə hansı qüslü alacağınızı qəlb niyyət etmək və "Bismilləh" (Allahın adı ilə) demək kifayətdir. Bundan başqa hansısa bir sözlər demək, dualar oxumaq və ya salavat gətirmək düzgün deyil. Nə Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun), nə onun səhabələri, nə də onların yolu ilə gedən böyük alimlərdən heç biri belə etməyi buyurmayıb. Bunu etmək bidət (dində yenilik) sayılır. Ətraflı oxuyun:

Paylaş: