Dəstəmaz və qüsl alarkən salavat oxumaq olarmı?

    09.08.2019
Kimdən: 
Aytac
Sual: 
Salam Eleykum.Destəmaz ve qüsul alarken salavat deyilermi? Boyunumda Ramazan ayinin qeza orucu varken Erefe gününde qeza orucu tutmaliyam yoxsa erefe orucu? namaz qilarken qibleden 10~15santi uzaq olsam düzgün olmaz namazim? Men her gün bütün günahlarimagöre tövbe edirem her an ölüm yaxin olar deye düzgündürmü xirda günahlar olsada tövbe pozulur? Namaz qilarken ağilimda danisirmis kimi oluram özümden asili deyil coxlu dua edidem ama şeytan yenede dinc buraxmir buna göre defelerle eyini namazi qiliram iki üç defe. düzgün deyil? tesekkürler.
Cavab: 

Va aleykum salam. 

1) Dəstəmaz və ya qüsl alarkən salavat demək şəriətdə buyurulmamışdır. Dəstəmaz aldıqdan sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu zikri etməyi buyuraraq demişdir: "Sizlərdən hər biriniz tam bir şəkildə dəstəmaz alıb sonra  [Əşhədu ən lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va Rasuluhu] "Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və Muhəmmədin onun Qulu və Elçisidir" deyərsə, ona Cənnətin səkkiz qapısı açılar, istədiyi qapıdan girər" (Muslim, 1/209). Həmçinin oxuyun: 

Dəstəmazdan sonra edilən zikr


2) Boynunda Ramazan qəzası olan kəs Ərafa orucunu tutduqdan sonra Ramazan ayının qəzalarını ödəyə bilər. Ərafa günü orucunun böyük fəziləti var. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:  "Allaha ümid edirəm ki, Ərafa günü oruc tutmaq bir il əvvəlki və bir il sonrakı günahları silir" (Muslim, 1162). 


3) Bilməyərək namazı qiblə istiqamətindən kənara duraraq qılmaq namazı batil etmir. Lakin namaz əsnasında səhvini bilən adam namazda ola-ola üzünü qibləyə doğru istiqamətə döndərə bilər. Əgər namazdan sonra üzünün qibləyə deyil, qiblədən sağa və ya sola tərəf yönəldiyi bəlli olubsa, bu zaman onun qıldığı namaz səhihdir və onu yenidən qılmağa ehtiyac yoxdur. Həmçinin oxuyun: 

Qibləni səhv təyin edərək namaz qılmışam, namazlarım batildirmi?

Qiblənin əksinə namaz qılan namazını yenidən qılmalıdırmı?


4) Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: "Hər bir Adəm övladı günah edir. Günah edənlərin ən xeyirlisi isə tövbə edənlərdir" (İbn Məca, 3447). Günahlardan daim tövbə etmək, möminlərin sifətlərindəndir. Əgər insan böyük günahlardan çəkinərsə, onun kiçik günahlarını Uca Allah bağışlayar. Uca Allah bu xüsusda buyurur: "Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik" (ən-Nisa, 31).

Lakin insan gərək bacardığı qədər tövbə etdiyi günaha bir daha qayıtmasın. Həmçinin oxuyun:


5) Namaz qılarkən insana gələn fikirlər şeytandandır. Bu fikirləri Allaha sığınmaqla bacardığınız qədər dəf edin. Lakin namazı yenidən qılmağa ehtiyac yoxdur. Çünki bu fikirlərə görə sizə günah yazılmır. Bu mövzuda ətraflı bu sualın cavabını oxuyun:
Paylaş: