6 aydır ki, qibləni səhv təyin edərək namaz qılmışam, namazlarım batildir?

    21.01.2015
Kimdən: 
RUSLAN
Sual: 
salam aleykum men 6 ay olarki namaz qiliram ve qibleni sef muyyeyen etmisem ve 6 ay belece namaz qilmisam indi menim namazlarimin hamisi batildi bunlarin?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Tövbə etsəniz daha yaxşı olar. Uca Allah buyurur: "​Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!" (əl-Furqan, 70). Həmçinin oxuyun: Qibləni necə təyin etmək olar?

Teqlər: 
Paylaş: