Anamın atama xəyanətini gizlətməklə günah iş tutmuşam?
Va aleykum Salam. Sözsüz ki, ananızın etdiyi bu əməl böyük günahdır və əgər ananız bu əməlinə davam edirsə, günah işə yardım etməklə siz də günah qazandınız. Uca Allah buyurur: "Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Həmçinin bu əməllə siz atanıza da xəyanət etmiş sayılırsınız. Ananıza nəsihət edin və onu bu əməldən çəkindirməyə çalışın, əgər bu əməlindən əl çəkməsə, bu barədə atanıza xəbər verəcəyinizi bildirin. Əgər ananız əməlinə davam etsə, bu barədə atanıza bildirin. Çünki onsuz da gec-tez bu işin üstü açılacaq və əgər atanız sizin buna rəvac verdiyinizi bilsə sizinlə də münasibəti pozulacaq. Həmçinin oxuyun:
Anamın başqa biri ilə münasibətdə olduğunu zənn edirəm, nə edim?