Əgər qadın heç vaxt hicab taxmayacağını deyirsə onunla evlənmək doğrudurmu?

    08.11.2025
Sual: 
Əs sələmu aleykum. Kişi namaz qılmayan və hicab bağlamayan biri ilə evlənə bilərmi? Öncədən qadınla bu mövzuda danışdıqda, dini qəbul etmələrinə baxmayaraq, hicab taxmayacaqlarını deyirlər. Düzdü Allahın əlindədir, O istəsə taxacaqlar, lakin mən indi necə etməliyəm, birdən mənim dəvət etməyimə baxmayaraq hicab bağlamasa nə olar? Mənim belə biri ilə ailə qurmağım doğrudur mu? Ondan tamamilə uzaqlaşmalıyammı? Yoxsa əksinə dəvət mi etməliyəm? Amma bildiyim qədər də naməhrəm olduəğu üçün onu mən dəvət edə bilmərəm. Xaiş edirəm mənə ətraflı cavab verəsiniz. Zəhmət olmasa digər cavablara yönəltmədən cabablayasınız. Allah sizdən razı olsun.
Cavab: 

Və aleykum Salam. İslam dininə görə evlilikdə əsas şərt — din və əxlaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Qadınla dörd xüsusiyyət; var-dövlət, nəsil-nəcabət, gözəllik və dininə görə ailə qurulur. Dininə üstünlük versən əlin xeyirə çatar”. (əl-Buxari, 4802; 5090; Muslim, 1466). Namaz dinin dirəyidir. Kim namazı qəsdən tərk edirsə, bu, çox ciddi məsələdir. Hicab da eyni şəkildə açıq bir əmrdir. Qadının hicab taxmaması imansızlıq deyil, amma itaətsizlik və günah əlamətidir. Bu, iman zəifliyinin göstəricisidir və gələcək ailə müna­sibətlə­rinə ciddi təsir edəcək. Qadınla kişi arasında daim fikir ayrılığı olacaq. Əgər qadın dini qəbul edir, amma əməl etmirsə, bu, qadının İslam əmrlərinə qarşı etinasız yanaşdığını göstərir. Sualda bildirirsiz ki, "deyirəm, amma hicab taxmayacaq". Bu, onu göstərir ki, qadın inadkardır. İnadkar qadınla isə evlilik düzgün deyil. Naməhrəm qadını təklikdə dəvət etmək doğru deyil. Əgər ciddi niyyət varsa, bu söhbəti valideynlər və ya vasitəçi qadın üzərindən aparmaq daha doğrudur. Qadın İslamın əmrlərini qəbul etmədən onunla evlənmək risklidir. Çünki "bəlkə dəyişər" ümidi ilə qurulan evlilik çox vaxt uğurlu olmur. Həmçinin bilmək lazımdır ki, dini zəif olan qadınla evlənmək kişinin də dinini zəiflədir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: