Atamla dalaşdıqdan sonra barışdıq, nə edim ki Allah məni bağışlasın?

    25.11.2025
Kimdən: 
Melek
Sual: 
Salam men bugun atamla pis dalasdim. Ama indi pesmanam duzdu barismisiq. Ama Allah qatinda özümü nece bagislada bilerem
Cavab: 

Və aleykum Salam. Valideynlərlə dalaşmaq, onların xətrinə dəymək böyük günahdır. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (əl-İsra,23). "Uf" kəlməsi etiraz edənin işlətdiyi ən yüngül sözdür. Təfsir alimləri qeyd edirlər ki, əgər etirazı bildirmək üçün "Uf" kəliməsindən daha yüngül söz olsaydı, Uca Allah məhz bu kəlməni qeyd edərdi. Odur ki tövbə edin, Allahdan bağışlanma diləyin və valideyninizə diqqəti daha da artırın. Həmçinin oxuyun:

Paylaş: