Dinin buyurduğu əməllərdən biri ilə zarafat etmək dinə istehza sayılırmı?
Sual:
Salam Aleykum, söhbət edərkən biri dedi filankəs kəfənsatandir rişxənd elədi məndə zarafatca dedim kəfən satmasa salfetlə kimisə kəfənləyib basdirmaqyacaqsanki. Bu sözümdə istehza yoxdur? Bu sözü deyib sonra peşman olmuşam tövbə etsəm yəni Allaha desəm ki, Ya Rabbi bu əməlinə görə tövbə edirəm kifayət edərmi? Yoxsa şəhadət gətirib qüsl də almaq lazımdır?
Cavab:
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, bir insana rişxənd etmək qeybət sayılır və bu haram əməldir. Buna görə tövbə etmək və rişxənd edilən insandan halallıq almaq lazımdır. Ətraflı oxuyun:
Din barədə, dini əhkamlar barədə zarafat etmək istehza sayılır. Ölən insanı kəfənləmək dinimizin buyurduğu əməllərdən biridir. Odur ki bu sözünüzə görə tövbə etmək və Allahdan bağışlanma diləmək lazımdır. Peşman olmaq özü tövbənin səmimi olmasının əlamətidir. Həmçinin saleh əməlləri artırmaq lazımdır. Tövbə üçün qüsl almağa ehtiyac yoxdur. Həmçinin oxuyun: