"Qismət beləymiş üzü gülmədi" demək qədəri inkar etmək sayılırmı?
Sual:
Salam aleyküm.Qədər,qismətdən danışdıqda hansı sözləri istifadə etmək düz deyil?Qismət beləymiş üzü gülmədi demək ya bəxti qaraymış ifadələri küfrdür?
Cavab:
Və aleykum Salam. İmanın şərtlərindən biri də Qədərə iman gətirməkdir. Qədərə iman gətirmək insanın həyatda başına gələn bütün hadisələrin Allah tərəfindən əvvəlcədən müəyyən olunmasına və yazılmasına iman gətirməkdir. "Qismət belə imiş, üzü gülmədi" və ya "Bəxti qaraymış" sözlərinə gəlincə bu sözlər Qədəri inkar etmək olmasa da Allahın Qədərinə etiraz sayılır. Müsəlman başına gələn xoş hadislərə görə Allaha həmd və şükür etməli, bəla və müsibətlərə isə səbir etməli, bunun savabını Allahdan ummalıdır. Həmçinin oxuyun: