Namaza başlayarkən açılış duasını demək vacibdirmi?

    19.12.2025
Sual: 
Salam aleykum və rəhmətullahi və bərəkatuh Mən şiə cammat namazına qoşulmaq istiyirəm imam təkbir veren kimi fatiha və sürə oxuyurlar mən subhanəkə duanı oxuyub imama çata bilmirəm duanı oxumaq vacibdir yoxsa sünnədir oxumasam olar yada qısa bir dua oxusam ( dua yazsaz minətaram) linkə yönəltmədən qısa cavab versəz sevinərəm sagolun.
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Namaza başlayarkən təkbirdən sonra açılış duasını oxumaq sünnədir, vacib deyil. Odur ki əgər imama çatmırsınızsa, onu oxumaya bilərsiniz. Açılış dualarından ən qısa olanı sualda qeyd etdiyiniz "Subhə:nəkə Alla:hummə və Bihəmdikə və Təbə:rakəs-mukə və təa:lə Cəddukə və Lə İlə:hə Ğayrukə" duasıdır. Ətraflı oxuyun:

Namaza başlayarkən birinci təkbirdən sonra edilən açılış duası

Teqlər: 
Paylaş: