Peyğəmbərlərin məsum olması və bir qardaşın digərindən icazə alması barədə
Aleykum salam. Peyğəmbərlərin günahsız olmaları onların məsum olmalarına görədir. Məsum sözü qorunmuş deməkdir. Yəni, Uca Allah öz peyğəmbərlərini günahlardan daima mühafizə etmişdir. Onlar şeytandan, nəfslərinin şərindən, eləcə də yalan danışmaqdan, əxlaqsızlıqdan və hər cür asilikdən qorunmuşlar. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: "Hər bir insan doğulduqda, onun şeytanı da doğular və insana pislikləri əmr edər. Amma mənim şeytanıma isə Allah Təala müsəlman olmağı əmr etdi". (Hədis səhihdir). Daha ətraflı məlumat əldə etmək üçün bu cavabı oxuyun:
Peyğəmbərlərin səhvi olubmu?
Meyvə bağının sahibi olan qardaş əvvəlcədən halallıq verməyibsə, digər qardaş və ya gələn qonaqlar o meyvələrdən dadmaq üçün ondan icazə almalıdır. Əks təqdirdə günah etmiş olurlar. Dinimizə görə haqq sahibindən onun icazəsi olmadan nəyisə mənimsəmək günah sayılır. Yaxşı olar ki, halallığını alıb sonra yesinlər.