ATM vasitəsilə kartıma səhvən pul köçürülüb, bu pulu sədəqə verə bilərəmmi?
Sual:
Salam. Bank kartıma ATM vasitəsilə səhvən pul köçürülüb. Göndərən şəxs barədə heç bir məlumat yoxdur və bank yalnız göndərən özü müraciət etsə pulu geri qaytara bilər. Mən bu pulu xərcləmək istəmirəm. İslamda belə halda nə etməliyəm? Sahib tapılmasa, bu pulu sədəqə vermək caizdirmi?
Cavab:
Və aleykum Salam. Belə halda bu pul, tapılmış pul hökmündədir. Siz bu pulu bir il ərzində xərcləməyin, saxlayın. Bir ildən sonra əgər özünüz ehtiyac sahibisinizsə, bu pulu gələcəkdə bununla əlaqəli müraciət olarsa, pulu sahibinə qaytarmaq şərti ilə xərcləyə bilərsiniz. Əgər ehtiyacınız olmasa həmin şəxsin adından sədəqə verə bilərsiniz. Həmçinin oxuyun: